BMT TŞ-nin iclasında qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək

“BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrin icra olunmaması məsələnin başqa tərəfidir. Bu, dünyada mövcud olan ikili standartlarla bağlıdır”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan tərəfi 4 qətnamənin tələblərinin təmin edilməsi ilə bağlı məsələni hər zaman qaldırıb: “Ancaq onu qeyd edim ki, BMT-nin qətnamələri hələ qüvvədədir. Əgər BMT TŞ-nin iclası yenidən çağırılırsa, bu zaman həmin qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək”.

L.Abdullayeva qeyd edib ki, eyni zamanda Baş Prokurorluqda açılan cinayət işləri ilə bağlı detallı məlumatlar beynəlxalq təşkilatlara göndəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR