"Azeri Light" nefti həftə ərzində 3 dollardan çox ucuzlaşıb

Ötən həftə ərzində (28 sentyabr – 2 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 3,2 ABŞ dolları və ya 7,62% azalıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,29 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 42,04 dollar təşkil edib, ən minimal göstərici isə 38,84 dollar səviyyəsində olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR