Leyla Əliyeva erməni təcavüzü ilə bağlı paylaşım etdi -

Xəbər verdiyimiz kimi, Gəncə şəhəri ərazisinə Ermənistan silahlı qüvvələrinin atdığı dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralananlardan biri azyaşlı uşaqdır.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb:

“Ermənilərin azərbaycanlı mülki vətəndaşlara qarşı terroru davam edir. 10 aylıq körpə Gəncə şəhərinin yaşayış məntəqələrinə ermənilərin atdığı raket zərbəsi nəticəsində yaralanıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR