Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 7 olub.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, koronavirus səbəbindən distant təhsilə keçirilən daha bir sinif isə yenidən əyani təhsilə qaytarılıb.

Ümumilikdə bu günə qədər distant təhsilə keçirilən siniflərin sayı 36, məktəb sayı isə 2 olub.