Musa Qasımlı: “Dövlətimiz xristianlara və iudaistlərə xüsusi qayğı göstərir”

"Azərbaycan Silahlı Qüvvələrinin guya Şuşadakı kilsəni vurması barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlər uydurmadan başqa bir şey deyil”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu uydurmanın yayılmasının konkret səbəbləri var:

“Döyüş meydanında rəşadətli Azərbaycan ordusu qarşısında darmadağın olan işğalçı ölkə baş verənlərin xarakterini dəyişdirib, fərqli inanclara sahib olan insanların hisslərini istismar etmək və ona dini don geyindirmək istəyir. Amma bu cəhdlər əbəsdir. Çünki Azərbaycan dünyada multikultiral dəyərlərin qorunması baxımından model ölkədir. Ölkəmizdə məscidlər, kilsələr və sneqoqlar bir yerdə fəaliyyət göstərirlər. Dövlətimiz xristianlara və iudaistlərə xüsusi qayğı göstərir. Bu yalanı uyduran Ermənistan rəhbərləri baxıb görsünlər, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda və işğal altında olan ərazilərmizdə İslam adına olan bir tarix və mədəniyyət abidəsi saxlayıblarmı? Xeyr, hamısını dağıdaraq yerlə-yeksan ediblər. Hərbi əməliyyatlar meydanından xeyli uzaqda olan Gəncə şəhərində İmamzadənin atəşə tutulması müharibə cinayəti və əsl vəhşilikdir. Ermənistanın bu hərəkətləri Yaxın, Orta Şərqdə abidələri dağıdan İŞID terror təşkilatı ilə eynidir. Bu, bir daha göstərir ki, Ermənistan terrorçu dövlətdir."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR