Qusarda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı bürosunun ilkin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:02-də qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib.