"Facebook" şirkəti Azərbaycanın xəritəsi ilə bağlı səhvini düzəltdi

"Facebook" şirkəti Azərbaycanın xəritəsi ilə bağlı səhvini düzəldib.

Metbuat.az xəbər verir ki, bundan əvvəl bu sosial şəbəkə platformasında Azərbaycanla bağlı axtarışlar zamanı çıxan xəritədə Dağlıq Qarabağ ərazisi münaqişə zonası kimi qeyd edilmişdi.

Lakin son günlərdə aktiv sosial şəbəkə istifadəçiləri tərəfindən şirkətə edilən müraciətlər nəticəsində "Facebook" öz platformasında Azərbaycanın xəritəsində düzəlişlər edib və Dağlıq Qarabağ münaqişə zonası çərçivəsindən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR