x
Loading...

Səfərbərlik Xidmətinin çağırdığı şəxslər əmək haqqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA

.

"Səfərbərlik Xidməti tərəfindən orduya cəlb olunan vətəndaşların əmək haqqları saxlanılır".

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, bu vətəndaşlar son iki ayda aldığı əmək haqqının orta aylığını alır:

"Misal üçün əgər həmin şəxs 400 AZN məvacib alırdısa, bunun iki mislinin ortası 400 manat edəcək. Həmin məvacib vətəndaşlara aylıq olaraq iş yerlərindən ödənilməlidir.

Bu barədə qanunvericiliyin tələbləri var və bu maaş vətəndaşlara ödənilir".

Qeyd edək ki, Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalanıb. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilir.

Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi bu müddəti daha 3 ay uzada bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR