​Paşinyanı sadə ermənilərin həyatı maraqlandırmır -

''Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan gələn ermənilərə yenidən qayıtmaq barədə çağırışlar etməsinin arxasında məkrli niyyətlər dayanır''.

Metbuat.az-ın “İki xalq Qarabağda bir yerdə yaşaya bilərmi” sualına cavabında AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə belə deyib.


Sitat: “Nikol Paşinyan çox gözəl başa düşür ki, indiki vəziyyətdə Qarabağdan olan ermənilərin Ermənistanda, xüsusən paytaxt İrəvanda olması ona baha başa gələ bilər. Bu ciddi etirazlar, sosial-iqtisadi tələblər, sui-qəsdlər, cinayət hadisələri deməkdir. Belə vəziyyətdə Paşinyanı sadə ermənilərin həyatı maraqlandırmır”.

E.Kəlbizadə qeyd edib ki, erməni ordusu və terrorçu dəstələri Xankəndinin müxtəlif yerlərində Azərbaycan ordusunun qarşısını almaq üçün minalar basdırıb. Ora qaytarılan ermənilər başa düşməldirlər ki, Paşinyan onların həyatını təhlükəyə atır. Digər tərəfdən Qarabağdan gedən ermənilərin İrəvanı tərk etməsi Paşinyana qarşı olan müxalifətin sosial bazasını da zəiflədəcək. İrəvan ermənilərinin özləri belə Qarabağın Azərbaycan tərfindən azad edilməsindən daha çox, gələn ermənilərin əlavə “yük olmasından” narahatdırlar.

Xankəndində isə infrastruktur dağılıb. Bu baxımdan ermənilər indi yaşamaq üçün daha əlverişli şərtlərin olduğu İrəvanda məskunlaşmağa çalışmalıdırlar. Azərbaycan tərəfindən Xankəndi və digər işğal edilmiş ərazilərdə yaşayış üçün normal şərtlər yaradıldıqdan sonra isə, “iki xalq bir yerdə yaşaya bilərmi?” sualı haqqında düşünmək olar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR