Əsgərlərimiz müğənnilərin adlarını çəkdilər - Manaf cavab verdi /

Sosial şəbəkələrdə bir neçə əsgərimizin tanınmış müğənnilərə salam göndərdiyi kadrlar yayılıb. Görüntülərdə əsgərlər Xalq artisti Miri Yusif, müğənni Roza Zərgərli, Damla, Manaf Ağayev haqqında maraqlı fikirlərini bölüşüblər.

Metbuat.az xəbər verir ki, müğənni Manaf Ağayev əsgərlərin fikirlərini cavabsız qoymayıb. O, bu barədə sosial media hesabında paylaşım edib:

"Bugünlərdə sosial şəbəkələrdə əsgərlərimizin bir videosunu gördüm. Videoya mən də münasibət bildirmək istəyirəm. Mən şəxsən öz adımdan deyirəm videoda olan əsgərimizin toyunda iştirak etməyə canla-başla hazıram. Təki sağ salamat evlərinə dönsünlər əsgərlərimiz. Yaşasın Ordumuz! Yaşasın Azərbaycan!".

Sözügedən görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR