Bu rayonlara qar yağdı

Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Metbuat.az xəbər verir ki, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR