Azərbaycanda ər-arvad dəm qazından zəhərləndi

Salyanda iki nəfər dəm qazından zəhərlənib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Salyan şəhər sakinləri, 56 yaşlı Babayev Qafar Aydın oğlu və onun həyat yoldaşı, 52 yaşlı Babayeva Fəridə Zəkulla qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hadisə nəticəsində F.Babayeva ölüb, Q.Babayev isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdıma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR