Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

.

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub.

Metbuat.az xəbər verir ki, bununla daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər BPİ rəisi Əkbər İsmayılov paytaxt polisinə rəis təyin olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR