Brüssel, 27 may, AZƏRTAC
Brüsseldə Avropa İttifaqı qərarvericiləri və Avropa Parlamentinin üzvləri arasında geniş oxucu kütləsinə malik olan “EurActiv” xəbər portalı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyovdan müsahibə götürmüşdür (http://www.euractiv.com/sections/energy/socar-it-impossible-stop-Southern-Gas-Corridor-314810). EurActiv xəbər portalının çoxsaylı suallarına cavab verən V.Bəylərbəyov Cənub Qaz Dəhlizi, Türk Axını (Turkish stream), bu iki layihənin bir-birinə rəqib olmaması, onların iqtisadi səmərəliliyi və s. məsələlərə aydınlıq gətirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel