Azərbaycanda fərdi yaşayış evində güclü yanğın baş verdi -

***

Goranboyun Kürək-Çay qəsəbəsində fərdi yaşayış evində baş verən güclü yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı dünyasını dəyişən ev sahibi A.Verdiyevin həyat yoldaşı da yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

06:32

Goranboyun Kürək-Çay qəsəbəsində baş verən güclü yanğın nəticəsində ev sahibi Altay Verdiyv yanaraq dünyasını dəyişib.

A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

06:10

Goranboyda güclü yanğın baş verib.

Hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini, 1976-cı il təvəllüdlü Altay Verdiyvə məxsusdur. Dərhal hadisə yerinə FHN -ın Goranboy rayonun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunib.

İlkin məlumata görə, ev sahibi içəridə qalıb. Ərzidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.

Yanğının qaz sızmasından baş verdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR