Açıq havada maska taxmaq ciyərlərə ziyandırmı? -

"Bu günlərdə yoluxma sayı 4 mini keçib və hesab edirəm ki, test sayı iki qat olsa, say daha çox ola bilər. Yanımızdan keçən hər bir şəxs potensial koronavirus xəstəsi kimi görünür".

Metbuat.az xəbər verir ki, bu sözləri həkim-pulmonoloq Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə əksi sübut olunana qədər hər bir hal COVID-19-dur və bu, bir qaydadır:

"Bu səbəbdən açıq havada da maska taxmaq məsləhət görülür. Maskalar insanları boğmur. Bu, psixoloji faktordur. Saturasiyanı yoxlasaq, hər birimizdə maska halında belə 98-dir. Heç kimdə bu, nəfəs almağa mane olmur.

Sadəcə bir az hava quruluğu, boğazda qıcıqlanma və başqa şikayətlər ola bilər. Bunu da zatən yol gedərkən belə tək olduğun halda su içərək bərpa etmək mümkündür. Bu, səbəb deyil, sadəcə bəhanədir. Ona görə maska taxmağa davam etmək lazımdır.

Ola bilər ki, koronavirusla bağlı peyvənd olduqdan sonra da bizim maskaya ehtiyacımız qalsın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR