İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan mina və partlamamış hərbi sursatlar

.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 03-06 dekabr tarixlərində Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 33 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 2 müraciət daxil olub.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat, 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR