Rusiyada koronavirusa yoluxanların sayı 2,5 milyon nəfəri ötüb

Rusiyada son sutka ərzində daha 26 097 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 2 515 009 nəfərə çatıb. Son sutka ərzində 562 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 44 159 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR