Sabah bu yollar bağlı olacaq -

10 dekabr 2020-ci ildə Bakının mərkəzi Azadlıq meydanında "Zəfər paradı" keçiriləcək.

Bu barədə Metbuat.az-a məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq, Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Bayıl qəsəbəsi bə Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.

Onun sözlərinə görə, keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.

Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə:

  • Bakı-Salyan yolunun 14-cü kilometrliyindın 3-cü Kənar Dairəvi yol istiqamətinə;
  • Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə
  • Səbal Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə
  • M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindın Azərbaycan prospektinə
  • Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə
  • A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov və Y.Səfərov küçələrilə kəsişməsindən 10-cu zavod dairəsinə
  • Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə
  • 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov keələri, Azadlıq və Büıbül prospektləri kəsişməsindən A.Bakıxanov və Füzuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.
  • V.Əsədov deib ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə süni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər:

    “Bu səbəbdən də bir daha xahiş edirik kiŞ, ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qaydalara düzgün əməl edilsin”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR