Dekan istefa verdi

Dekan istefa verdi
12:44 18 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidentinin iqamətgahında rəsmi mərasimlər zamanı 16 türk dövlətini təmsil edən milli geyimli əsgərlərdən birinə lağ edən dekan istefa verməli olub. Lent.az-ın  məlumatına görə, universitetlərindən birində tibb fakültəsinin dekanı olan Hasan Herken "Twitter" sosial şəbəkəsindəki yazısına görə vəzifəsini tərk edib.

 

Qeyd edək ki, H.Herken "Ak Saray"dakı 16 türk dövlətini təmsil edən əsgərlərdən birini nəzərdə tutaraq ("Qızıl Orda" əsgəri) "bu xalatlı adam hansı bəyliyi təmsil edir, görəsən?" yazıb.

 

Dekan tez-tələsik qeydini silsə də, sosial mediada geniş müzakirə mövzusu olmaqdan yayına bilməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR