Cəlilabadda şəhid baş leytenant dəfn edilib

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenantı Babaşov Bayram İlqar oğlu Cəlilabad rayonunda dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhidlə doğulduğu Günəşli kəndindəki evində vida mərasimi keçirilib.

Mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. B.Babaşovun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulub.

Şəhid bir neçə müddət idi ki, itkin düşmüşdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR