Bu gün Daşkəsəndə daha bir şəhid

Daşkəsən rayonunda 1995-ci il təvəllüdlü, şəhid Cəfərov Vüsal Saxləddin oğlu bu gün Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Metbuat.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev şəhidin dəfnində çıxış edərək bildirib ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli, güclü ordusu doğma torpaqlarımızı erməni işğalından azad edib, Qarabağda Azərbaycan bayrağı yüksəkliyə qaldıraraq qələbə çalıb.

Əhəd Abıyev şəhid Cəfərov Vüsal Saxləddin oğluna uca Allahdan rəhmət diləyib, bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək, onların valideynlərinə səbr arzulayıb.

Şəhidin atası öz oğlunun şəhid olmasından qürur hissi keçirdiyini bildirib, onun oğluna göstərilən diqqətə görə ölkə rəhbərinə və rayon ictimaiyyətinə minnətdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR