Azərbaycanda karantin rejimini pozan vəzifəli şəxslərin sayı

Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyətə cəlb edilən vəzifəli şəxslərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov “Report”a bildirib ki, son 10 ayda 785 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Onun sözlərinə görə, bu rəqəm martın 14-dən dekabrın 14-dək olan dövrü əhatə edir. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozmaqda günahkar biliniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR