SON DƏQİQƏ: Şuşa yaxınlığında rus sülhməramlı həlak oldu

Rusiya ordusunun zabiti Şuşa yaxınlığında ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - Müdafiə Nazirliyində bildirilib.

Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar ermənilər tərəfindən basdırlıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR