Narkotik satanlar güllələndilər

Narkotik satanlar güllələndilər
12:46 18 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyada narkotik satanlar güllələnib.

ANS PRESS-in məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan və barələrində ölüm hökmü çıxarılman beş əcnəbi yanvarın 18-nə keçən gecə güllələnib. Güllələlənlər Braziliya, Vyetnam, Niderland, Nigeriya və Malaviya vətəndaşlarıdır. Onlarla birlikdə həmin maddə üzrə ittiham olunan indoneziyalı qadın da edam olunub.

İndoneziya hökuməti beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq, ölüm hökmünü icra edib. Belə ki, Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Maqerini rəsmi Cakartanın bu niyyətini “təəssüfə layiq” adlandırmışdı. Eyni zamanda, Braziliya Prezidenti Dilma Russeff yanvarın 16-da indoneziyalı həmkarı Coko Vidodoya şəxsən müraciət edərək bu ölkə vətəndaşının əfv olunmasını xahiş etmişdi.

Bu barədə bəyənatla çıxış edən İndoneziya Prezidenti Coko Vidodo deyib: “Bizim ölkəmiz narkotrafikə görə fövqəladə vəziyyətdədir və buna görə də biz qaçaqmalçılara heç bir güzəştə getməyəcəyik”.

Braziliya İndoneziyadakı səfirini bu ölkə vətəndaşının edamına etiraz əlaməti olaraq artıq geri çağırıb.

Hazırda İndoneziya həbsxanalarında əsasən narkotik maddələrin qaçaqmalçılığına görə barələrində ölüm hökmü çıxarılmış 135 nəfər var. Onların 47-si əcnəbidir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR