Koronavirusdan qorunmaq üçün bunları etməyin! XƏBƏRDARLIQ! -

Bu gün koronavirusla bağlı yaşadığımız kritik vəziyyətin əsas səbəbkarları məsuliyyətsiz davranan insanlardır.

Metbuat.az ATV-yə istinadla xəbər verir ki, özbaşına müalicə olunanların da "əməyi" sayəsində virusun yayılması sürətlənir.

Pulmonoloq Dr.Əsəd Beydullayev deyir ki, vaxtında başlayana özbaşına edilən müalicə vəziyyəti son dərəcə ağırlaşdırır ki, sonra həmin insana edilən bütün tibbi yardım nəticəsiz qalır.

Həkimlər koronavirusa qarşı evdə özbaşına müalicənin yolverilməz olduğunu bildirir.

Mütəxəssislər bildirir ki, C vitamini və sistem köçürmək koronavirusdan qorunmaq üçün çıxış yolu deyil.

Koronavirusdan qorunmaq üçün 3 sadə yol var: maska taxmaq, əlləri yumaq və sosial məsafə saxlamaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR