Sumqayıt və Bakıda minik avtomobilləri yanıb

Sumqayıt və Bakıda minik avtomobilləri yanıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıtda "LADA" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə isə Bakıda qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR