“Ümid edirəm ki, Rusiya kömək edə biləcək” -

SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçov Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllində kömək edə biləcəyini deyib.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qorbaçov 11 yanvarda Moskvada Qarabağa dair gözlənilən üçtərəfli görüş barədə danışarkən deyib.

“Ümid edirəm ki, Rusiya kömək edə biləcək. Lakin burada aparıcı rol Azərbaycan və Ermənistanın üzərinə düşür. Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı danışıq aparmağı üzərlərinə götürüb. Hər iki tərəfin maraqlarına uyğun "qalib və məğlub” tərəf olmadan həll yolu tapmaq lazımdır.

Münaqişə gərginləşməyə başlayanda iki respublikaya, iki xalqa həll yolu tapmaq üçün kömək etməyə çalışdıq. Rusiya sonradan yenə də cəhd etdi”.

Keçmiş sovet lideri əmindir ki, indi döyüş əməliyyatları bitdikdən sonra bunun üzərində dayanmamaq, problemi daha on illər boyu həll olunmamış buraxmamaq vacibdir.

Qeyd edək ki, Kremlin mətbuat xidməti yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada üçtərəfli danışıqların keçiriləcəyi barədə məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR