Millimiz seçmə mərhələyə inamlı qələbə ilə başladı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Metbuat.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edib.

Bakı İdman Sarayında oynanılan qarşılaşma Azərbaycanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qol 5-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Tyaqo Bolinya fərqlənib. 15-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. Vassura avtoqol müəllifi olub. 34-cü dəqiqədə slovakiyalıların heyətində Anton Brunovski 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. 38-ci dəqiqədə Everton Kardoso yığmanı önə keçirib. 40-cı dəqiqədə Xətai Bağırov 3-cü qolu rəqibin qapısından keçirib. Görüşdə son nöqtəni isə İsa Atayev qoyub.

Qeyd edək ki, Azərbaycan millisi bu qələbə ilə qrupda ilk pilləyə yüksəlib. İkinci sırada eyni xala malik Moldova seçməsi qərarlaşıb. Yunanıstan 3-cü, Slovakiya isə sonuncudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR