110 gündən sonra nəşi tapılan şəhidimizin son sözləri -

44 günlük Vətən müharibəsində şücaəti ilə düşməni sarsıdan igidlərimizdən biri də Kazımov Xuduş Həsən oğludur.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, o, 1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb.

Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ-Ağdərə istiqamətində şəhid olub.

Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəli idi. 5 yaşlı qızı Fatma və 2 yaşlı oğlu Əbdülkərim yadigar qalıb.

Şəhidimizin həyat yoldaşı Əfsanə Kazımova Xuduşla sonuncu telefon zəngindən danışıb:

“Mənlə vidalaşdı. Heç nə soruşmağımı istəmədi. Bir kəlmə dedi ki, Qarabağ məsələsini həll edəcəyik, övladlarımıza qalmayacaq”.

Ətraflı süjeti təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR