Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ənənəvi fəaliyyətinə qayıdıb.

Metbuat.az xəbər verir ki, bu barədə klinika məlumat yayıb.

"Klinika professorlar, dosentlər və peşəkar tibbi heyətlə yenidən xidmətinizdədir", -deyə məlumatda bildirilib.

Qeyd edək ki, klinika bir müddətdir koronavirusla mübarizə aparan karantin xəstəxanası kimi fəaliyyət göstərirdi.