İngiltərə Premyer Liqası: "Manchester Siti" səfərdə "Arsenal"ı məğlub etdi

"Mançester Siti" İngiltərə Futbol Çempionatının 25-ci turunda səfərdə "Arsenal"ı 1-0 məğlub edib.

Metbuat.az xəbər verir ki, oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Beləliklə, "Mançester Siti" müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin "Mançester Siti" məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb.

Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR