Bitcoinlə bağlı xəbərdarlıq: Diqqətli olun

“Microsoft” şirkətinin yaradıcısı Bill Geyts Bitcoinlə bağlı xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, “Bloomberg”ə açıqlamasında o bildirib ki, Bitcoinə vəsait yatıranlar diqqətli olmalıdır. Bill Geyts məşhur biznesmen İlon Maskın Bitcoinə vəsait yatırmasına belə münasibət bildirib:

“Bitcoinin qiyməti Elon üçün əhəmiyyət kəsb etmir. Əgər onun qədər pulunuz yoxdursa bu məsələdə diqqətli olmaqda fayda var”.

Qeyd edək ki, İlon Maskın Bitcoina vəsait yatırdığını açıqlamasından sonra kriptovalyuta sürətlə bahalaşsa da, son günlər ucuzlaşır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR