Qarabağda türk dronları rus tanklarını məhv edərkən Putin Ərdoğanı niyə tərifləyirdi? -

Böyük Britaniyanın “Economist” nəşri Türkiyə-Rusiya münasibətləri və regionda baş verən son hadisələr barədə məqalə yayımlayıb.

Metbuat.az xəbər verir ki, məqalədə Ərdoğan və Putin “qəribə ikili” adlandırılıb. Bildirilib ki, son dövrlər Rusiya və Türkiyə prezidentləri qardaşlıq münasibəti qura bilib. Türkiyə və Rusiya arasında tarixdə bir sıra qarşıdurmaların baş verdiyinə diqqət çəkilən məqalədə, Liviyada, Suriyada və Qarabağdakı müharibədən bəhs edilib:

“Türkiyə və Rusiyanın Cənubi Qafqazda üz-üzə gəlməsi diqqət çəkir. Qarabağda türk dronları Ermənistan ordusunun istifadə etdiyi rus tanklarını məhv edərkən Putin Ərdoğanı tərifləyirdi. Azərbaycan-Ermənistan münaqişəsinin nəticəsi olaraq Türkiyə bölgədə güclü mövqe əldə etdi. Rusiya da nüfuzunu artırdı. Putin keçmiş SSRİ-nin, Ərdoğan isə Osmanlının keçmişdəki gücündən istifadə edərək, aqressiv xarici siyasət yürüdür. Ərdoğan İslam dünyasının səsi olduğunu düşünür. Çünki, İslam dünyası da onu lider kimi qəbul edir”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR