Helikopter qəzasında şəhid olanlardan biri generaldır

Türkiyədə 10 hərbçinin həlak olması ilə nəticələnən helikopter qəzasında şəhid olanlardan biri general-leytenant Osman Erbaşdır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, general Elazığ 8-ci Korpus Komandiri olub.

O, ictimaiyyətə 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişə cəhd zamanı FETO-çulara müqavimət göstərməsi ilə tanışdır.

Generalın ölümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun oğlu İgidalp Erbaşa zəng edərək, başsağlığı verib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR