Dünyanı sarsıdan partlayış: Hərbi hissə havaya uçdu -

Ekvatorial Qvineyanın Batada şəhərindəki hərbi hissədə baş verən partlayış nəticəsində ölənlərin sayı 150-ni ötüb. 600-dən çox yaralı var.

Metbuat.az xəbər verir ki, xüsusi təyinatlı və polis qüvvələrinin olduğu hərbi hissədə baş verən güclü partlayışın təsirindən yaxınlıqda yerləşən onlarla ev dağılıb. Çox sayda insanların dağıntılar altında qaldığı güman edilir. Axtarış işləri 2 gündür davam edir.

Rəsmi açıqlamaya görə, hadisə partlayıcı qurğuların saxlanıldığı bölmədə ehtiyatsızlıqdan baş verib. Türkiyə başda olmaqla bir sıra ölkələr partlayışla bağlı başsağlığı mesajları yayımlayıb.

Anar Türkeş / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR