Lənkəranda narkotik satan keçmiş məhkum tutulub

Lənkəran sakini narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Babayev 1,30 qram heroini satarkən saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 130 qram heroin aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR