Məktəblərdə “Qarabağın zəfəri” fənni tədris olunacaq

Məktəblərdə “Qarabağ tarixi” fənni keçirilir. Növbəti ildən bu fənnin “Qarabağın zəfəri" adı altında IX sinif şagirdlərinə tədrisi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı deyib.

Nazir bildirib ki, burada həm Qarabağın tarixi, Azərbaycanın 90-ci illərin əvvələrində üzləşdiyi hansı səbəblərə görə Qarabağı itirməsi, həmin dövrün siyasi ictimai vəziyyəti, eyni zamanda danışıqlar prosesi, Azərbaycan Ordusunun qazandığı zəfər öz əksini tapacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)