“Suriyada müharibəyə son verə bilməsək bizə ayıb olsun”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciətində belə deyib. O bildirib:

“Biz kreslolarda oturub danışırıq, ölkələrimizi təmsil edirik amma həqiqətən ciddi addım atmaq üçün humanistliyi özümüzdə tapa bilmirik. Fərqli olmağımıza baxmayaraq, insanlara kömək etmək üçün bir yol tapmalıyıq. Bu bizim məsuliyyətimizdir. Yerinə yetirə bilməsək bizə ayıb olsun”.

Anar Türkeş / Metbuat.az