Bakalavrda ixtisasların sayı artırıldı

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, humanitar və sosial ixtisaslar qrupuna daxil olan Tərcümə üzrə "Kommunikasiya və rəqəmsal media” ixtisası yaradılıb.

Beləliklə, ali təhsilin bakalavriat səviyyəsində ixtisasların sayı artırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)