Kəlbəcərə elektrik xətti çəkilir

“Azərenerji” ASC Daşkəsən rayonundan Kəlbəcər rayonuna elektrik xətti çəkir.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə birlikdə Bakının Suraxanı rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edən “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.

“Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir. Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik”, - deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR