Cavad Zərifin Süleymani ilə bağlı ŞOK SƏS YAZISI yayıldı -

İranın Xarici İşlər naziri Cavad Zərifin Qüds Korpusunun keçmiş komandanı Qasım Süleymani ilə bağlı səs yazısı yayılıb.

Metbuat.az “Arabnews”ə istinadən xəbər verir ki, səs yazısında diplomat Süleymanini Rusiya ilə birlikdə nüvə sazişini pozmağa cəhd etməkdə ittiham edib. İddialara görə, 2015-ci ildə imzalanmış nüvə sazişindən sonra Süleymani Moskvaya səfər edib. Məqsəd Rusiya ilə birlikdə nüvə sazişinə dair təxribat törətmək olub.

Xarici KİV-lər səs qeydinin İranda keçiriləcək seçkilər ərəfəsində yayılmasına diqqət çəkir. Bu həm də, ordunun ölkənin xarici siyasəti üzərində təsirini ortaya qoyur.

Qeyd edək ki, Qasım Süleymani ötən il Bağdadda ABŞ ordusunun hücumu nəticəsində öldürülüb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR