İraqda aviabazaya raket hücumu oldu

İraqın qərbində Anbar əyalətində “Ayn-əl-Əsəd” aviabazası raket atəşinə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti açıqlama yayıb. 2 ədəd “Katyuşa” raketi aviabazada boş sahəyə düşüb. Ölən olmadığı bildirilir.

Qeyd edək ki, Bağdaddan 160 kilometr şimalda yerləşən “Ayn-əl-Əsəd” ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası ordusunun ölkədəki yeganə bazasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR