Səudiyyə Ərəbistanı İranla danışıqlar apardığını təsdiq edib.
Metbuat.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyindəki nümayəndə Röyters agentliyinə açıqlama verib. Diplomatın sözlərinə görə, danışıqlar aparılsa da, nəticədən danışmaq hələ tezdir.
Məlumata görə, danışıqlar İraqın paytaxtı Bağdadda aparılır.
Anar Türkeş / Metbuat.az