“İndiyədək 57 minə yaxın müəllim koronavirusa qarşı peyvənd olunub”.
Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, bu da 50 yaşdan yuxarı şəxslər arasında ölkə üzrə 64-65 faiz təhsil işçisinin peyvəndlənməsi mənasına gəlir:
“50 yaşdan yuxarı olan hər üç müəllimdən ikisinə vaksin vurulub. İnanıram ki vaksinasiya bizi əyani təhsilə qaytara biləcək ən asan yoldur.
40 yaşdan yuxarı olan təhsil işçilərindən isə 28 min 500 nəfəri peyvəndlənmədən keçib. Aprel ayından etibarən yaşından asılı olmayaraq, bütün təhsil işçilərinin vaksinasiyasiyasına başlanılıb”.
E.Əmrullayev vurğulayıb ki, son günlər 120 minə qədər, yaxud 53 faiz təhsil işçisi vaksinasiyadan keçib”.
Nazir təhsil işçilərini vaksinasiyadan keçməyə çağırıb:
“Bu, təhsil sisteminin normala qayıtması üçün vacibdir. Peyvənd olunan təhsil işçiləri arasında heç bir neqativ halla qarşılaşmamışıq”.