Kürdəmir rayonunun enerji təchizatı daha da yaxşılaşdırılır

17:18 18 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 18 yanvar, AzərTAc
“Kürdəmir” Elektrik Şəbəkəsi Müəssisəsində avadanlığın texniki istismar səviyyəsinin daha da yüksəldilməsi istiqamətində zəruri işlər görülür.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, 110 kilovoltluq “Kürdəmir” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib. Şəbəkədə bütün mühafizə sistemləri yeniləri ilə əvəzlənilib, 35 kilovoltluq “Mollakənd”, “Pirili” və “Axtaçı” yarımstansiyalarında təmir işləri aparılıb. Eyni zamanda, 10 kilovoltluq elektrik verilişi xətlərinin yeniləşdirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Zərurət yaranan yerlərdə həm dayaqlar, həm də naqillər dəyişdirilir. Transformator məntəqələrinin saz vəziyyətə gətirilməsi ilə yanaşı, digər tədbirlər də görülür.
Ötən ilin 11 ayında müəssisə üzrə125,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. Bu dövrdə elektrik şəbəkəsinin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 580-dan artıq qayda pozuntusu aktı tərtib olunub. Nəticədə 1 milyon 958,9 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 117,5 min manatdan çox istehlak dəyəri bərpa olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR