Avropa çempionumuzun iti oğurlandı

Azərbaycanın üç təkanla tullanma üzrə Avropa çempionu Nazim Babayevin iti oğurlanıb.

Metbuat.az xəbər verir ki, 24 yaşlı idmançı bu barədə instaqram paylaşımında bildirib. Tanışlardan postu paylaşmasını xahiş edən Babayev itin Pirşağıda gecə saatlarında oğurlandığını vurğulayıb: "Tapana və ya iti gətirənə mükafat veriləcək".

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Avropa çempionu olub. Atlet Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR