Sosial şəbəkədə narkotik vasitələri təbliğ edən şəxs saxlandı -

Sosial şəbəkələrdən birində profil açaraq heç kimdən çəkinmədən narkotik vasitələrin qəbulunu və cinayətkarlığı təbliğ edən videolar yayan, o cümlədən şəbəkə istifadəçilərinə qarşı təhqiramiz ifadələr işlədən şəxsi polis tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, həmin şəxs Nəsimi rayonunda yaşayan Nurəddin Cəfərzadədir. Şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə (3 qram) narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb. N.Cəfərzadə ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin təbliğini narkotikin təsiri altında etdiyini boynuna alıb və bu əməlindən peşman olduğunu bildirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.








Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR