"Maşın" şoudan daha bir ayrılıq. ANS PRESS-in məlumatına görə, 3 nəfər finalçının mübarizə apardığı şoudan bir iştirakçı uzaqlaşıb.

Bu gün maşın qazanmaq uğrunda mübarizə başlayandan daha biri üçün "nağıl bitdi". Artıq mübarizə iki iştirakçı ilə davam edəcək...

Finalçılardan biri şounu nə üçün tərk etdi? O, kimdir? Bütün bunları bilmək istəyirsinizsə bu axşam saat 22:00-da ANS-in efirində Murad Dadaşovun təqdimatında "Maşın"ı qaçırmayın.

Xatırladaq ki, "Maşın" şou 17 iştirakçı ilə başlayıb. Finala isə 3 nəfər çıxa bilmişdi. Bunlar müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı idi.