Rusiya Suriyadakı Hmeymim hərbi bazasına 3 uzun mənzilli bombardman təyyarəsi göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təyyarələr Suriyaya təlim məqsədi ilə göndərilib. Qırıcılar təlimlər bitəndən sonra geri qayıdacaqlar. Təyyarələr Aralıq dənizi üzərində uçuşlar həyata keçirəcək.

Təlimlərin nə vaxt baş tutacağı açıqlanmayıb.

Anar Türkeş / Metbuat.az